Bakıda stolüstü tennis üzrə açıq turnir keçiriləcək. Bu haqda BakuPlus.az Nərimanov Rayon Gənclər və İdman İdarəsinə istinadən bu gün, 14 iyul tarixində xəbər verir.
15 iyul saat 10:00-da keçiriləcək idman tədbiri Tennis İdman Kompleksində baş tutacaq.
Yarış Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Bakı Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində keçiriləcək.
Turnirdə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri mübarizə aparacaqlar.