Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə Madriddə İddiaçılar Turniri başlayıb. Bu haqda 17 iyun tarixində Report məlumat verib.
O, ilk mərhələdə ağ fiqurlarla oynayıb və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib. Oyun 71-ci gedişdə başa çatıb.
İki dövrəlik yarışda səkkiz qrosmeyster mübarizə aparır. Turnirə iyulun 7-də yekun vurulacaq. Turnirin qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.