Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Madrid şəhərində təşkil olunan Namizədlər turnirində son görüşünü keçirib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az məlumat verir.
14-cü tur çərçivəsində 35 yaşlı qrosmeyster macar Riçard Rapportla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 33-cü gedişdə qalib gəlib.
14 oyundan sonra 7,5 xal toplayan Azərbaycan təmsilçisi üçüncü yeri tutub. Bunun sayəsində Rəcəbov 24 min avro qazanıb.
Yan Nepomnyaşiy (Rusiya) ardıcıl ikinci dəfə namizədlər turnirinin qalibi olub. O, Maqnus Karlsenlə şahmat tacı uğrunda görüş keçirməlidir.