Bu gün Teymur Rəcəbov macar şahmatçı ilə görüşəcək. Bu haqda 23 iyun tarixində Report məlumat verib.
Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilən İddiaçılar Turnirində Macarıstan təmsilçisi Rixard Rapportla qarşılaşacaq və ağ fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bundan əvvəl Teymur Rəcəbov Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa) və Dinq Lirenlə (Çin) heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. Hazırda o, Liren və Firuzca ilə birlikdə hərəyə 2 xalla 6-8-ci yerləri bölüşdürür.