Bu gün Teymur Rəcəbov X turda rusiyalı şahmatçı ilə görüşəcək. Bu haqda 29 iyun tarixində Bizim.media məlumat verib.
Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə keçirilən İddiaçılar Turnirində Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə qarşılaşacaq və qara fiqurlarla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
9 turdan sonra aktivində 4 xal olan Azərbaycan təmsilçisi Rixard Rapport (Macarıstan) və Alireza Firuzca (Fransa) ilə birlikdə 5-7-ci yerləri bölüşdürür. Nepomnyaşi isə 6,5 xalla turnir cədvəlinə başçılıq edir.