Vətən Müharibəsi veteranı İsveçrədə qalib olub. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.
Rasim Yaxin nüvə itələmə üzrə birinci yerə layiq görülüb. O, mərmini 11,71 metrlik məsafəyə ataraq Nottvil Qran-Prisinin qızıl medalçısı olub.
Qazimiz Daxili Qoşunların Xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. O, 1988-ci ildə Bakıda anadan olub.