İyulun 28 Azərbaycanın “Neftçi” komandası Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşacaq. “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu saat 21:00-da başlanacaq. Biletləri stadionunun kassalarından 5, 10 və 20 AZN-ə əldə etmək olar.
Yunanıstanın Pirey şəhərində keçirilən ilk qarşılaşma “Olimpiakos”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 29-cu dəqiqəsində Yunanıstan futbolçusu Məhəmməd Kamara fərqlənib.
Bundan öncə, Bakı təmsilçisi Gürcüstanın “Dinamo” komandasını hər iki oyunda 2:1 hesabla məğlub edib.