Xəzər rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində tədbirlər keçirilib. Bu haqda bu gün, 11 sentyabr tarixində məlum olub.
AFFA-nın və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsinin Şimal DRES yaşayış massivində təşkil olunan layihədə 50 məktəbli uşaq iştirak etmişdir. Onlara idman geyimləri və futbol topları hədiyyə edilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti və Milli Məclisin deputatı Rauf Əliyev iştirak ediblər.
Cari il ərzində eyniadlı layihə çərçivəsində ölkənin Füzuli, Tərtər, Bərdə və Oğuz rayonunun kəndlərində tədbirlər keçirilmişdir.