“Araz-Naxçıvan” – “Səbail” oyununda maraqlı anlar yaşanıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Azərbaycan Premyer Liqasının XXXI turunun son oyununda “Səbail”in futbolçusu Ağabala Ramazanov uzunsürən zədədən sonra yaşıl meydanlara geri dönüb. Bu münasibətlə onun qızı “Welcome back, papa” (“Xoş gəldin, ata”) sözləri yazılmış pankart açıb.
Ötən il “Səbail” – “Turan Tovuz” matçının 45-ci dəqiqəsində Ağabala Ramazanov rəqib futbolçu ilə toqquşan zaman huşunu itirmişdi. O, ambulansla xəstəxanaya aparılmışdı.