Bakı şəhəri, Yasamal rayonunda növbəti süni örtüklü futbol meydançası istifadəyə verilib. Bu haqda məlumat rayon İcra Hakimiyyətinin saytında 12 noyabr tarixində verilib.
Açılışda Yasamal Rayon İcra Hakimiyyəti, AFFA və Yasamal bələdiyyəsinin rəsmiləri və digər rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Paylaşımda qeyd olunur ki, həmin idman meydançaları gəncləri idmana cəlb etmək, ev sakinlərinin asudə vaxtlarını keçirmələri üçün yerlər yaratmaq məqsədilə yaradılır.
Rəsmi açılışdan sonra yeniyetmələrlə məmurlar arasında rəmzi futbol matçı baş tutub.
[URIS id=14298]