Azərbaycan idmançısı Yekaterina Sarıyeva Almaniyada Dünya Kontinental Turu çərçivəsində keçirilən "30-cu Midsommar – Charlottenburger-Mittsommernacht" yarışında qızıl medal qazanıb. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az məlumat verir.
Üç təkanla tullanma üzrə atlet Sarıyeva ən yaxşı cəhdi ilə 13,33 metr uzunluğa tullanıb. Bu nəticə ilə o, birinci yeri tutub.
Sarıyeva 1995-ci ildə Bakıda anadan olub. O, 2013-cü ildə baş tutan III İslam Həmrəyliyi Oyunlarında qızıl medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb. Yekaterina Sarıyeva 11 dəfə ölkə çempionu olub.