12-14 fevral tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclər arasında 22-ci Respublika birinciliyi keçiriləcək. Bu haqda bu gün, 8 fevral tarixində Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarışlar 14-15 yaş arası oğlan və qızlar, 16-17 yaşlı oğlan və qızlar, 21 yaşdan yuxarı oğlan və qızlar kateqoriyaları üzrə keçiriləcək.
12-13 yaşlı uşaqlar da ölkə birinciliyinin proqramında yarış edəcək. Bu, Azərbaycanda uşaqlar arasında keçirilən dördüncü karate birinciliyi olacaq.