Tanınmış azərbaycanlı döyüşçü, “Mauqli” ləqəbli Zabit Səmədov Bakıda keçiriləcək vida döyüşü ilə bağlı azarkeşlərə müraciət edib. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az idmançının İnstagram səhifəsinə istinadən məlumat verir.
Kikboksçu sentyabrın 10-da saat 18:00-da Milli Gimnastika Arenasında keçiriləcək vida döyüşündə pərəstişkarlarını gözlədiyini bildirib.
Zabit Səmədov braziliyalı keçmiş UFC döyüşçüsü, "Bigfoot" ləqəbli Antonio Silva ilə görüşəcək. Bu, azərbaycanlı kikboksçunun karyerasında sonuncu - 116-cı döyüş olacaq. Qalib gələcəyi təqdidə o, Beynəlxalq İdman Karate Assosiasiyasının (İSKA) kəməri ilə təltif olunacaq.
View this post on Instagram