Bakı sakinində narkotik vasitələr aşkar olunub. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Keçirilən əməliyyat zamanı Bakı sakini E.İsmayılov saxlanılıb. Onun üzərində 1 kiloqram 33 qram marixuana aşkar edilib. Onun Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki yaşadığı evə baxış keçirilən zaman isə orada 18 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.