Bakının Aeroport yolunda qəza olub. Bu haqda bu gün 22 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən məlumat verir.
“Hyundai Getz” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman, sürücü idarəetməni itirərək maşını aşırıb. Nəticədə nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.