Bakılı məşhur fotoqraf 4 yanvar tarixində vəfat edib. Bu haqda Report məlumat verib.
Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Kamal Babayev 95 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən əziyyət çəkirdi.
Kamal Babayev 1927-ci il iyunun 3-də Bakıda anadan olub. O, 1959-cu ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində muzeyin fotoqrafı kimi işləyib. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış "Azərbaycan fotoqraflarının əsərləri" sərgisində bir neçə əsəri ilə çıxış edib. "Azərbaycan Elmlər Akademiyası" fotoalbomunun müəllifidir.