Azərbaycan Ordusunda qulluq edən əsgər özünü odlu silahla güllələyərək öldürüb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən məlumat verir.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər İlkin Ələkbərov odlu silahdan atəş açmaqla özünü öldürüb. Bu haqda Bakı Hərbi Prokurorluğuna məlumat göndərilib.
Hərbi hissəyə gələn prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Araşdırma davam edir.