Bakıda dənizdə batan 6 nəfər xilas olunub. Bu haqda bu gün, 4 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Zuğulba, Mərdəkan və Şüvəlan çimərlikləri yaxınlığındakı nəzarətsiz ərazilərdə çimən ümumilikdə 6 nəfər batma təhlükəsi ilə üzləşib. Onlar FHN-in əməkdaşları tərəfindən xilas ediliblər.