Bakı sakini, 28 yaşlı Rauf Abdullayev yaşadığı evdə qəflətən dünyasını dəyişib. Bu haqda bu gün, 26 aprel tarixində Qafqazinfo məlumat verib.
Yaxınlarının sözlərinə görə, Rauf namaz qılıb və ibadətini bitirdikdən sonra qəfil yıxılıb.
Əvvəllər səhhətindən şikayəti olmadığını deyən gəncin yaxınları onun təcili yardım gələnə qədər dünyasını dəyişdiyini bildiriblər.