Bakıda 33 nömrəli avtobusda qadına qarşı əxlaqsız hərəkətlər edilib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Baku.ws-ə istinadən məlumat verir.
Hadisə ötən gün günorta saatlarında baş verib. Naməlum kişi yanında olan gənc qıza cinsi orqanını göstərərək ona qarşı eyri-etik hərəkətlər edib. Məsələ ilə bağlı videogörüntülər polisə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, fakt araşdırılır. İctimaiyyətə açıqlama veriləcək.