Daş hasar avtomobilin üzərinə aşıb. Bu haqda bu gün 22 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən məlumat verir.
Hadisə paytaxt ərazisində baş verib. Qəzanın baş verməsinə səbəb evakuatorun daşıdığı “avtokar” (Yük qaldırıcı) olub. O, işıq naqillərinə ilişərək, hasarı park edilmiş maşının üzərinə aşırıb.
Nəticədə avtomobilə ciddi zərər dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.