Bakıda avtomobil yük maşınına çarpılıb. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
“AzSamand” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman zibildaşıyan yük maşınının arxasına çarpılıb. Nəticədə avtomobil ciddi deformasiyaya uğrayıb. Sürücünü xilas etmək üçün hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Sürücü maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.