Bakıda 1 nəfər batma təhlükəsi ilə üzləşib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə Qaradağ rayonunun “Sahil” ictimai çimərlik ərazisində baş verib. 1 nəfər dənizdə üzən zaman boğulmağa başlayıb. Hadisə yerinə cəlb olunan FHN əməkdaşları batan şəxsi xilas etməyi bacarıblar.