Bakıda dəmir yolu stansiyasından oğurluq edilib. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
“Xırdalan” və “Abşeron” stansiyaları ərazisindən 4 drossel transformatoru oğurlanıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən Bakı sakini Anar Əsgərov saxlanılıb.
Araşdırma nəticəsində onun “Biləcəri” stansiyası ərazisindən 2 drossel transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.