Bakıda həbsxanada məhkum dünyasını dəyişib. Bu haqda bu gün 20 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb. Məhkum Mehman Solovyovun xəstəlikdən öldüyü bildirilir.
Mərhum 2017-ci ildə həbs olunub.
Solovyov tutulan zaman polislərə müqavimət göstərmişdi. O, Şirvan polisinin iki əməkdaşını bıçaqlamışdı.