Paytaxtda idarəetməni itirən “VAZ-2107” markalı avtomobilin sürücüsü mopedlə toqquşub. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Sosial şəbəkələrdə qəza videosunu paylaşan moped sürücüsü bildirib ki, avtomobil sürücüsü əməli qəsdən törəməyib. Həmin şəxs halı pisləşdiyinə görə huşunu itirib və bu səbəbdən qəza törədib.
Hadisə zamanı xəsarət alan olmayıb.