“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mühafizə şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona həvalə edilmiş silahla ehtiyatsız davranması nəticəsində özünü güllələyib. Bu haqda Oxu.az bu gün, 8 yanvar tarixində məlumat yayıb.
İnqilabzadə, atəş nəticəsində yerindəcə keçinib.
Hadisənin təfərrüatları araşdırılır.