Paytaxt sakini olan qadından hədə-qorxu yolu ilə 800 manat pul alınıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Qadının barəsində rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 800 manat pulunun alınması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bakı sakini Nihat Hüseynov saxlanılıb. Hadisə araşdırılır.