top
Bakıda qadın və iki övladının qatilinin məhkəməsi başa çatıb
26 aprel 2023, 03:35
- ↺ +

Bakıda qadın və iki övladının qatilinin məhkəməsi başa çatıb

Bakıda qadını və onun iki azyaşlı uşağını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bu haqda bu gün, 26 aprel tarixində Oxu.az məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Qərara əsasən, Əliyev ömürlük azadlıqdan məhrum edilib.

Hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində ötən il fevralın 20-də baş verib. 39 yaşlı Gülnar Qaraxanova, onun övladları - 14 yaşlı Lamiyə Qaraxanlı və 11 yaşlı Ataxan Qaraxanlı kirayə yaşadıqları evdə kəsici-deşici alətlə qətlə yetiriliblər.

İstintaq zamanı məlum olub ki, Qaraxanovanın bacısının əri, 41 yaşlı Əhəd Əliyev baldızının ərinin ölkə xaricində olmasından istifadə edərək pul oğurlamaq məqsədilə cinayət törədib. Onun 23.000 manat borcu olub. Çıxış yolu kimi Əliyev qohumunu öldürmək və əldə etdiyi pulla borcunu bağlamaq istəyib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20.000 manat ondan dəlil kimi aşkar edilərək götürülüb.

Əhəd Əliyev DİN-in əməkdaşları tərəfindən Quba ərazisindən ölkəni tərk etmək istəyərkən saxlanılıb. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin "İki və ya daha çox şəxsi öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Məlum olub ki, Əliyev təxminən 2007-ci ildən 2014-cü ilə qədər Sabirabadda məktəb direktoru vəzifəsində çalışıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 15:25

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Xəbər
Bu gün, 14:19

İntim münasibətdən sonra qadını pəncərədən atdı – Hoteldəki dəhşətli hadisənin təfərrüatı

Xəbər
Bu gün, 13:47

Əvəz Zeynallı vəfat etdi

Xəbər
Bu gün, 13:20

Sabah Bakıda yağış yağacaq

Xəbər
Bu gün, 12:34

"Anamı öldürdü, indi də mirasımızı almağa çalışır" - Qətlə yetirilən plastik cərrahın qızı

Xəbər
Bu gün, 12:20

Zibil daşıyan maşın qoca kişini vurub öldürdü - BAKIDA

Xəbər
Bu gün, 12:10

Bakıda qadın öldürüldü: əri şübhəli bilinir

Xəbər
Bu gün, 11:18

Qazi aşpaz vəfat etdi

Xəbər
Bu gün, 10:53

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

Xəbər
Bu gün, 10:40

Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Xəbər
Bu gün, 10:00

Bakıda kişi icazəsiz ad gününə gedən sevgilisinə İŞGƏNCƏ VERDİ

Xəbər
Bu gün, 09:43

Həkimləri çağırışa çatdıran sürücü sükan arxasında öldü

Xəbər
Bu gün, 09:24

Mir Cəlal Paşayevin anım günüdür

Xəbər
Dünən, 21:00

28 sentyabr - 4 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 17:53

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Cəmiyyət
Dünən, 12:22

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Xəbər
Dünən, 00:10

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Xəbər
Dünən, 00:01

27 sentyabr – Anım Günü: İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

Xəbər
26 sentyabr 2026, 17:40

Azərbaycanda çörək BAHALAŞACAQ? — AÇIQLAMA

Yasamal
26 sentyabr 2026, 16:33

Bakıda valideynləri dalaşan qız "Domestos" içdi

Xəbər
26 sentyabr 2026, 15:50

Prezident və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar

Xəbər
26 sentyabr 2026, 15:01

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb

Aktual Xəbərlər
26 sentyabr 2026, 14:37

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbər
26 sentyabr 2026, 13:15

Sabah Bakıda 29 dərəcədə isti olacaq

Oxşar xəbərlər