Bakıda yol polislərindən qaçan moped sürücüsü yaxalanıb. Bu haqda 10 yanvar tarixində Avtosfer.az məlumat verib.
Hərəkətdə olan moped sürücüsünə yol polisi əməkdaşları “saxla” işarəsi verib, lakin sürücü buna məhəl qoymadan hərəkətinə davam edib. Daha sonra patrul maşınından düşən polis əməkdaşı hərəkətdə olan mopedin arxasından tutaraq onu dayandırıb.
Hadisə anının görüntüsü digər avtomobil sürücüsünün kamerasına düşüb.