Bakıda sürücü qarşısına çıxan maşınları bir-bir vurub və hadisə yerindən qaçıb. Bu haqda 4 yanvar tarixində Avtosfer.az xəbər verib.
Hava limanı yolunda "Toyota" markalı avtomobilin sürücüsü qəza törədib. O, qarşısına keçən avtomobilləri bir-bir vurmağa başlayıb. Sonda zərbənin təsirindən avtomobilin ön təkərlərindən biri yerindən çıxıb, amma sürücü o vəziyyətdə yenidən hərəkətinə davam edib.
Qəza zamanı ən azı 4 avtomobilə ziyan dəyib. Baş vermiş hadisənin görüntülərini digər avtomobilin sürücüsü çəkib.