Əvvəllər məhkumluq həyatı yaşamış paytaxt sakini İsmayıllıda oğurluğa görə saxlanılıb. Bu haqda 8 yanvar tarixində APA məlumat verib.
İsmayıllı şəhərində yerləşən mobil telefonların satıldığı mağazadan ümumi dəyəri 4160 manat olan 10 ədəd mobil telefon və 300 manata yaxın pul oğurlanıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Durar Qasımov saxlanılıb. Məlum olub ki, o, İsmayıllıda daha 2 mağazadan telefon danışıq kartları, pul, ərzaq məhsulları, həmçinin Qazax və Bakı şəhərlərində bir neçə obyektdən mobil telefonlar oğurlayıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.