Bakıda 27 yanvar tarixində sərnişin olan qadını təhqir edən taksi sürücüsü həbs olunub. Bu haqda bu gün, 6 fevral tarixində Avtosfer məlumat verib.
Sərnişin qadın polisə müraciət edərək sürücünün onu taksidə övladlarının yanında, taksidən düşdükdən sonra isə küçədə insanların yanında təhqir etdiyini bildirib. Şikayətlə bağlı araşdırma aparılıb və fevralın 4-də taksi sürücüsü saxlanılıb.
Onun barəsində “Xırda xuliqanlıq” maddəsi ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə taksi sürücüsü N.Həsənov 10 gün müddətinə inzibati qaydada həbs edilib.