Bakı Dairəvi yolunda yük maşını aşıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Hadisə Magistral yolun MİDA Yaşayış Kompleksinin yaxınlığı, Lökbatan istiqamətində olan hissəsində baş verib. Yük maşını hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə ərazidə sıxlıq yaranıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/08/368576468_1330610317855563_6930238756011626097_n.mp4"][/video]