Bakının Yasamal rayonu N.Tusi adına 173 saylı orta məktəbin qarşısında döyülmə hadisəsi baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az məlumat verir.
Hadisə Nərimanov prospektində qeydə alınıb. Əli adlı şəxs xuliqanlıq zəminində 15 yaşlı şagirdi döyüb. Yeniyetmə qolunun sınığı ilə xəstəxanaya aparılıb. Zərərçəkmişə gips qoyulub.
Faktla bağlı Yasamal RPİ-nin 26-cı Polis Bölməsində araşdırma aparılır.