Dənizdə batan 2 nəfər xilas olunub. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisələr Şüvəlan və Qızılqum çimərliklərində baş verib. Dənizdə çimən 2 nəfər batmaq təhlükəsi ilə üzləşib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq həmin şəxsləri xilas etməyi bacarıblar.