Bakı-Ələt yolunda 13 gün əvvəl qəzada xəsarət alan azyaşlı ölüb. Bu haqda 30 dekabr tarixində APA məlumat verib.
Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində dekabrın 17-də “Ford Transit” markalı avtomobil “VAZ 2105” markalı maşınla toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılar arasında ağır vəziyyətdə olan 11 yaşlı Əli Əlili müalicə aldığı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.
Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin “Yol istismar qaydalarını pozma, zərərçəkən şəxsin ölümü ilə nəticələndikdə” maddəsi ilə cinayət işi başlanıb.