Bakı Metropolitenində sərnişinlərdən oğurluq edən daha 1 nəfər tutulub. Bu haqda bu gün, 17 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
32 yaşlı Afiyəddin Kərimov metro stansiyalarında sərnişinlərin mobil telefon və pullarını oğurlamaqda şübhəli bilinir.
Onun əlindən ziyan çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri xahiş olunur. Faktlarla bağlı araşdırmalar davam edir.
Daha öncə Bakı metropolitenində soyğunçuluqla məşğul olan digər şəxsin tutulması ilə bağlı məlumat verilmişdir.