Bakı metrosunda oğurluq baş verib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, “20 Yanvar” stansiyasında bir qadının mobil telefonu oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Balakən rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Elvin Yumuxov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.