Ötən gün Bakı və ətrafda 7 nəfər boğulmaqdan xilas olunub. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Paytaxtın “Mərdəkan", “Zuğulba-3” və “Şıx” çimərlikləri ərazisində, eləcə də "Şirvan" çimərliyi ərazisindən kənarda müxtəlif vaxtlarda ümumilikdə 7 nəfər xilas olunub.
Onlar FHN-in əməkdaşları tərəfindən qurtarılıblar.