31 dekabr tarixinə keçən gecə paytaxtın 3 rayonunda piydada iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report məlumat yayıb.
Binəqədi rayonunda 26 yaşlı Yusif Rzayevi yolu keçən zaman avtomobil vurub.
Oxşar hadisə ilə Suraxanı rayonunda 34 yaşlı Vüsal Məcidov da üzləşib.
Hər iki piyada xəstəxanaya yerləşdirilib.
Daha 3 piyada paytaxtın Nərimanov rayonunda fərqli ünvanlarda avtomobillə vurulub. Xəsarət alan 24 yaşlı Salman Musayev, 19 yaşlı Fariz Əhmədli və 21 yaşlı Ruhel Axundzadə həkim nəzarətinə götürülüb.