Bakı-Quba yolunun Şabran ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında Bakı sakini vəfat edib. Bu haqda bu gün, 21 avqust tarixində Bakuplus.az Bizim.media-ya istinadən xəbər verir.
"Mitsubishi Lanser" markalı avtomobil daş maneəyə çarpılıb. Nəticədə 75 yaşlı paytaxt sakini Şəfiqə Xasayeva vəfat edib. Sürücü Qalib Xasayev isə xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.