Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində piyada vurulub. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Sonxeber.az-a istinadən məlumat verir.
Bakı sakini Arif Əhmədov "Mercedes" markalı avtomobili idarə edərkən yolu keçən Ucar rayon sakini Mayis Astanovu vurub.
Yaralı Siyəzən Müalicə Diaqnostika Mərkəzində ilk yardımdan sonra paytaxt xəstəxanalarından birinə yerləşdirilib.