Sumqayıtın 34-cü məhəllə ərazisində yerləşən mağazaların birindən qızıl boyunbağı oğurlanıb. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qızıl-zinət əşyasını oğurlamaqda şübhəli bilinən 57 yaşlı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.