Bakı sakininin bank hesabından 14.850 manat pul oğurlanıb. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəhər sakini İsa Həsənzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.