Bakı sakinləri Oğuzda qəzaya düşüblər. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Oğuz rayonunun Yaqublu kəndi ərazisində baş verib. Səbail rayon sakini, 35 yaşlı Kabirağa Şirinov idarə etdiyi “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yol kənarına aşıb. Nəticədə sürücü, eləcə də 30 yaşlı Sevda Şirinova, 11 yaşlı Elbrus və 10 yaşlı Muhamedhüseyn müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirililər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_106842" align="alignnone" width="640"]
Foto APA[/caption]