Bakı-Sumqayıt yolunda ağır avtoqəza baş verib. Bu haqda bu gün, 30 dekabr tarixində APA məlumat yayıb.
“QAZel” markalı yük avtomobili hərkətdə olan zaman betona çırpılıb. Nəticədə bir nəfər dünyasını dəyişib.
Hal-hazırda FHN-nin əməkdaşları deformasiya olmuş nəqliyyat vasitəsindən ölən şəxsin cəsədini çıxarmağa çalışırlar.
Faktla bağlı araşdırma aparılır.