Bakı-Sumqayıt yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
“Kia Picanto” markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldakı dəmir maneəyə çarpılaraq, aşıb. Maşına maddi ziyan dəyib. Hazırda hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunur. Qəza yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.