Ağdaş-Bakı istiqamətində gələn sərnişin avtobusu qəza törədib. Bu haqda bu gün, 3 yanvar tarixində Oxu.az məlumat yayıb.
“Mercedes” markalı minik avtomobili Qazax-Bakı yolunun Kürdəmir-Hacıqabul hissəsində sərnişin avtobusu ilə toqquşub.
Sərnişin və sürücülər xəsarət almayıblar. Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Hal-hazırda sərnişinlər digər avtobusa yönləndirilirlər.