Ötən gün ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən dənizdə batan 7 nəfər xilas olunub. Bu haqda bu gün, 7 avqust tarixində Bakuplus.az FHN-ə istinadən xəbər verir.
Xilasetmə əməliyyatları Şüvəlan, Mərdəkan, Şıx çiməriklərində, Bilgəh qeyri-çimərlik ərazisində və Sahil ictimai çimərliyinin ərazisində keçirilib.
Həmçinin ölkə ərazisində xilasedicilər tərəfindən Görədil çimərliyində batma təhlükəsi ilə üzləşən şəxslər sudan çıxarılıblar.